Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 28,789 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur.

Təkcə iyunda Türkiyə Azərbaycana 3,699 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da bir il əvvələ nisbətən 32 % çoxdur.

Yanvar-iyun aylarında Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 1,6 % azalaraq 7,98 milyard ABŞ dollarına enib, iyunda isə 15,1 % artaraq 1,376 milyard ABŞ dollarına çatıb.

Report.