Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalı xərcini təqribən 37 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 160,389 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 36,8 % çoxdur.

İyulda Türkiyə Azərbaycana 26,262 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 40,3 % çoxdur.

Yanvar-iyul aylarında Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 10,6 % artaraq 10,932 milyard ABŞ dollarına, iyul ayında isə 15,4 % artaraq 1,803 milyard ABŞ dollarına çatıb.

Report.