Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 143,1 min tomat ixrac edib.
Bu həcmdə tomatın dəyəri 172,3 milyon ABŞ dolları olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 0,9 min ton (0,6 %) az, dəyər baxımından isə 15,1 milyon ABŞ dolları (9,7 %) çoxdur.
Hesabat dövründə tomat ixracından əldə edilən gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,7 %-ni təşkil edib.
9 ayda Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.
Report.