Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tikinti materialları sahəsinə dair 23 yeni dövlət standartı qəbul edib.
Məlumata görə, yeni dövlət standartlarının tətbiqində məqsəd tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyət tələblərini müasir tələblərə uyğunlaşdırmaqdan ibarətdir.
Həmin dövlət standartlarının layihələri “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Report.