Azərbaycan Suriya və Maldiv adalarına alma tədarükünü bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 38,95 milyon ABŞ dolları dəyərində 47 min 868 ton alma göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % çox, kəmiyyət olaraq – 5 % azdır.

Hesabat dövründə Rusiyaya 32,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 1,3 % az) 39 min 555 ton (-15,3 %), Özbəkistana 2,2 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 1 min 757 ton (+3,2 dəfə), Türkiyəyə 1,1 milyon ABŞ dolları dəyərində (+4,2 dəfə) 2 min 75 ton (+6,4 dəfə), Qazaxıstana 938 min ABŞ dolları dəyərində (+60 %) 2 min 247 ton (+54 %), Birləşmiş Ərəb Əmirliklərinə 542 min ABŞ dolları dəyərində (-39 %) 488 ton (-52 %) məhsul satıb.

Report.