Azərbaycan son 4 ildə yeni dövlət standartlarının qəbulunu 10 dəfəyə yaxın artırıb

Azərbaycan son 4 ildə yeni dövlət standartlarının qəbulunu 10 dəfəyə yaxın artırıb

2025-ci ildə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) qəbul etdiyi yeni dövlət standartlarını sayı 2021-ci illə müqayisədə 9,6 dəfə çox olub.

Bunu Agentliyin sədr müavini İlqar Həsənov bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə 36 yeni dövlət standartı qəbul edildiyi halda, bu rəqəm 2025-ci ildə 345 olub.

Report.