Azərbaycanda ticarət və istehsalat avadanlıqları, həmçinin müxtəlif sənaye sahələri üçün həllər təqdim edən “Alpa” ASC 2025-ci ili 4,627 min manat xalis mənfəətlə başa vurub.
Bu, 2024-cü illə müqayisədə 4,4 dəfə azdır.
Ötən il “Alpa”nın vergiyəqədərki mənfəəti 5,784 min manat (əvvəlki ilə nisbətən 4,4 dəfə az), mənfəət vergisi ödəmələri isə 1 min manat (5 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Alpa”nın aktivləri 822 min manat olub ki, bu da illik müqayisədə 7 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 36,1 dəfə artaraq 613 min manata, balans kapitalı isə 2,1 dəfə artaraq 210 min manata, o cümlədən nizamnamə kapitalı 41 dəfə artaraq 205 min manata çatıb.
Report.