“Agro Norm” MMC nizamnamə kapitalını 4,41 milyon manat və yaxud 3,8 dəfə azaldaraq 6 milyon manatdan 1,59 milyon manata endirdiyini elan edib.
Məlumata görə, buna səbəb şirkətin təsisçiləri Nəbiyev Yaşar Nəriman oğlunun ona məxsus 3,21 milyon manat dəyərində payını və Əliyev Qalib Əli oğlunun ona məxsus 1,2 milyon manat dəyərində payını götürərək təsisçiliyindən çıxmalarıdır.
Report.