Azərbaycan sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb

Azərbaycan sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb.

Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən Pakistan İslam Respublikası vətəndaşı saxlanılmışdır.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

MƏLUMAT YENİLƏNİR …

Report.