Azərbaycan şəkər ixracından qazancını 4 dəfə artırıb

Azərbaycan şəkər ixracından qazancını 4 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 100 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 56,1 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,1 dəfə çoxdur.

5 ayda şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,5 %-ni, ixrac isə ümumi ixracın 0,4 %-ni təşkil edib.

Report.