Bu ilin yanvar-iyul aylarında Azərbaycan 81,3 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,5 milyon ABŞ dolları (2,5 dəfə ) çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 166,7 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. Bu isə 1 il əvvələ nisbətən 15,8 milyon ABŞ dolları (10,4 %) çoxdur.
7 ayda şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,6 %-ni, ixrac isə ümumi ixracın 0,4 %-ni təşkil edib.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.