Azərbaycan rəqəmsal biznes əməliyyatlarına nəzarəti gücləndirməyi hədəfləyir

Azərbaycan rəqəmsal biznes əməliyyatlarına nəzarəti gücləndirməyi hədəfləyir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəqəmsal biznes əməliyyatlarına nəzarəti gücləndirməyi hədəfləyir.

Bunu qurumun rəis müavini Samirə Musayeva Bakıda keçirilən “Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, əsas istiqamətlərdən biri sürətlə dəyişən biznes mühitində rəqəmsallaşma və süni intellekt həllərinin tətbiqi ilə bağlı biznes proseslərinə düzgün, vaxtında və effektiv nəzarətin qurulmasıdır: “Burada bir tərəfdən dövlətin fiskal maraqları hər zaman qorunur. Digər tərəfdən isə inzibati və nəzarət orqanı olaraq qarşımızda duran əsas vəzifələrdən biri sürətlə dəyişən biznes mühitində biznes tranzaksiyalarının və əməliyyatlarının vaxtında və düzgün təhlilini təmin etməkdir”.

Report.