Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti TEGOVA-ya üzv qəbul edilib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti TEGOVA-ya üzv qəbul edilib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Avropa Qiymətləndirici Assosiasiyaları Qrupuna (TEGOVA) üzv qəbul edilib.

Üzvlük təşkilatın Baş Assambleyasında yekdilliklə təsdiqlənib.

AQC-nin nümayəndə heyəti Vyanada keçirilən iclasda iştirak edib. Cəmiyyətin üzvlüyü ilə bağlı ilkin qərar iyulun 28-də qəbul olunub. Baş Assambleyada AQC İdarə Heyətinin sədri Vüqar Oruca və nümayəndə heyətinin digər üzvlərinə üzvlüyü təsdiq edən sənədlər təqdim edilib.

Beləliklə, AQC Azərbaycanın TEGOVA-da təmsil olunan yeganə milli qiymətləndirici təşkilatı olub.

Qeyd edək ki, TEGOVA Avropanın 42 ölkəsində fəaliyyət göstərən 78 üzv təşkilatı birləşdirir. AQC-nin üzvlüyü Azərbaycan qiymətləndiricilərinə Avropa standartlarını tətbiq etmək, beynəlxalq təcrübə mübadiləsində və peşəkar hazırlıq proqramlarında iştirak etmək imkanları yaradacaq.

Report.