Qazaxıstanın Akmola vilayətinin Şuçinsk şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiyanın komandalarının iştirakı ilə keçirilən XII Beynəlxalq “Aybın-2026” gənclərin hərbi vətənpərvərlik toplanışı başa çatıb.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirin bağlanış və mükafatlandırma mərasimində Qazaxıstan Müdafiə Nazirliyinin, yerli icra orqanlarının və veteran təşkilatlarının nümayəndələri iştirak ediblər:
“Gənc vətənpərvərlərin güc, dözümlülük, komanda birliyi və hərbi-tətbiqi təlim üzrə yarışlarında Azərbaycan komandası yüksək hazırlıq səviyyəsi, məharət və əzmkarlıq nümayiş etdirərək müxtəlif mərhələlərdə uğurlu nəticələr əldə edib”.
Report.