Bu ilin yanvar-iyul aylarında Azərbaycan 66,5 milyon ABŞ dolları dəyərində 59,6 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 12,7 milyon ABŞ dolları (23,5 %), həcm baxımından isə, 8,1 min ton (15,7 %) çoxdur.
Hesabat dövründə sözügedən məmulatların qeyri-neft sektoru üzrə ixracda payı 1,1 %, ölkənin ümumi ixracında payı isə 0,3 % olub.
Report.