Azərbaycan qara metal ixracından gəlirini 30 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 59 milyon 338 min ABŞ dolları dəyərində 54 min 546 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13 milyon 835 min dollar (30,4 %) , həcm baxımından isə, 11 min 563 ton (26,9 %) çoxdur.

Hesabat dövründə sözügedən məmulatların qeyri-neft sektoru üzrə ixracda payı 1%, ölkənin ümumi ixracında payı isə 0,3 % olub.

6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.

Report.