Bu ilin yanvar-iyul aylarında Azərbaycan 31 milyon ABŞ dolları dəyərində 13,7 min ton pambıq iplik ixrac edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13,9 milyon ABŞ dolları (81,7 %), həcm baxımından isə 6,45 min ton (88,5 %) çoxdur.
Hesabat dövründə sözügedən məhsulun qeyri-neft sektoru üzrə ixracda payı 0,5 %, ölkənin ümumi ixracında payı isə 0,1 % olub.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Report.