Azərbaycan pambıq iplik ixracından gəlirini 2 dəfədən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 23,25 milyon ABŞ dolları dəyərində 10 min 460 ton pambıq iplik ixrac edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13,35 milyon ABŞ dolları (2,3 dəfə), həcm baxımından isə 6 min 378 ton (2,5 dəfə) çoxdur.

Hesabat dövründə sözügedən məhsulun qeyri-neft sektoru üzrə ixracda payı 0,4 %, ölkənin ümumi ixracında payı isə 0,1 % olub.

Report.