Azərbaycan mis ixracından gəlirini 10 dəfəyə yaxın artırıb

Azərbaycan mis ixracından gəlirini 10 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 152 milyon 984,5 min ABŞ dolları dəyərində 69 min 117,35 ton mis filizləri və konsentratları ixrac edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 136 milyon 3,3 min ABŞ dolları (9,5 dəfə), həcm baxımından isə 59 min 51,1 ton (6,8 dəfə) çoxdur.

Hesabat dövründə mis filizləri və konsentratlarının ixracından əldə olunan gəlir ümumi ixrac gəlirlərinin 0,5 %-ni təşkil edib.

Report.