Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14 %-ə yaxın artırıb

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 637 milyon 106 min ABŞ dolları dəyərində 540 min 918,5 ton meyvə-tərəvəz ixrac edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 76,3 milyon ABŞ dolları (13,6 %), həcm baxımından isə 1 433 ton (0,2 %) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə olunan gəlir Azərbaycanın ixrac gəlirlərinin 2,9 %-ni təşkil edib.

Yanvar-avqust aylarında Azərbaycan həmçinin 205,1 milyon ABŞ dolları dəyərində 223 min 127,8 ton meyvə-tərəvəz idxal edib.

Bu isə ötən ilin eyni dövrünə nisbətən dəyər baxımından 2,2 milyon (1,1 %) çox, həcm baxımından 33,9 min ton (13,2 %) azdır.

Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın idxal xərclərinin 1,8 %-ni təşkil edib.

Report.