Azərbaycan mebel idxalına çəkdiyi xərci 22 %-dən çox azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 87 milyon 852,27 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

Bu, 2025-ci ilin 9 ayı ilə müqayisədə 25 milyon 070,12 min ABŞ dolları və yaxud 22,2 % azdır.

Ötən dövr ərzində mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,66 %-ni təşkil edib.

Report.