Azərbaycan Latviyadan dondurma tədarükünü bərpa edib

Azərbaycan Latviyadan dondurma tədarükünü bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 6,75 milyon ABŞ dolları dəyərində 837 ton dondurma idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41,2 %, kəmiyyət olaraq – 24 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 3,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 23 % çox) 380 ton (+11,4 %), Rusiyadan 1,8 milyon ABŞ dolları dəyərində (+73 %) 229 ton (+39 %), Belarusdan 577 min ABŞ dolları dəyərində (+41 %) 120 ton (+19 %), Çindən 536,4 min ABŞ dolları dəyərində 40 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 157 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 22,2 ton (+2 dəfə) məhsul alıb.

Report.