Azərbaycan Kambocanın xam pambığı son məhsula çevirmək təcrübəsi ilə maraqlanır

Azərbaycan xam pambığı son məhsula çevirməkdə Kambocanın təcrübəsindən yararlana bilər.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Kamboca Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, Kamboca geyimləri və ayaqqabıları artıq Azərbaycan bazarında təqdim olunur: “Məqsədimiz sənaye əməkdaşlığımızı genişləndirməyin, eləcə də bu sahədə ixracın həcmini artırmağın yollarını axtarmaqdır. Azərbaycan xam pambıq istehsalçısıdır. Xam lifi ixrac etmək əvəzinə, onu son məhsula çevirmək Kambocanın böyük uğur qazandığı sahələrdən biridir”.

Report.