Bu ilin yanvar-iyul aylarında Azərbaycan 3 milyard 707 milyon 828 min ABŞ dolları dəyərində 24 min 517,2 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər/qızıl, sikkə kəsilməsində istifadə olmayan, digər emal olunmamış formalarda) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20,8 dəfə, kəmiyyət olaraq – 8,5 dəfə çoxdur.
Azərbaycan Böyük Britaniyaya 3 milyard 468 milyon 462 min ABŞ dolları dəyərində 21 min 902 kiloqram və İsveçrəyə 239 milyon 365 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 34 % çox) 2 min 615 kiloqram (-9,7 %) məhsul satıb.
Hesabat dövründə Azərbaycana xaricdən 21 milyon 222 min ABŞ dolları dəyərində (-99,4 %) 136,51 kiloqram (-99,6 %) qızıl gətirilib.
Azərbaycan Türkiyədən 13 milyon 710 min ABŞ dolları dəyərində (-86,2 %) 82,43 kiloqram (-92,6 %), İsveçrədən 7 milyon 432 min ABŞ dolları dəyərində (-95 %) 54 kiloqram (-96,3 %) və Birləşmiş Ərəb Əmirliklərindən 80 min ABŞ dolları dəyərində 0,1 kiloqram (1 il əvvəl tədarük olmayıb) qızıl alınıb.