Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını 40 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 3 milyard 670 milyon 632 min ABŞ dolları dəyərində 24 min 231,8 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər/ qızıl, sikkə kəsilməsində istifadə olmayan, digər emal olunmamış formalarda) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25,5 dəfə, kəmiyyət olaraq – 12,4 dəfə çoxdur.

Azərbaycan Böyük Britaniyaya 3 milyard 468 milyon 462 min ABŞ dolları dəyərində 21 min 902 kiloqram və İsveçrəyə 202 milyon 169 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 40,4 % çox) 2 min 329,8 kiloqram (+18,9 %) məhsul satıb.

Hesabat dövründə Azərbaycana xaricdən 15 milyon 270 min ABŞ dolları dəyərində (-99,5 %) 91,5 kiloqram (-99,7 %) qızıl gətirilib.

Azərbaycan Türkiyədən 12 milyon 405 min ABŞ dolları dəyərində (-87,5 %) 72,4 kiloqram (-93,5%), İsveçrədən 2 milyon 785 min ABŞ dolları dəyərində (-98 %) 19 kiloqram (-98,7 %) və Birləşmiş Ərəb Əmirliklərindən 80 min ABŞ dolları dəyərində 0,1 kiloqram (1 il əvvəl tədarük olmayıb) qızıl alınıb.

Report.