Azərbaycan iqlim dəyişikliyinin sağlamlığa təsirlərini nəzərə alaraq tədbirlər həyata keçirir.
Bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “İqlim və səhiyyə üçün yeni mərhələ – Antalya COP31” adlı sessiyada deyib.
Onun sözlərinə görə, iqlim böhranı həm də səhiyyə böhranıdır və insan sağlamlığı bunun ön cəbhəsində yer alır:
“Geniş müşahidə olunan təsirlərə kəskin hava şəraiti hadisələri və xəstəliklər daxildir. İqlim və səhiyyə ilə bağlı təhdidlər temperaturun artması, xüsusilə şəhər ərazilərində hava çirklənməsinin çoxalması, ekstremal hava hadisələri, həmçinin suyun keyfiyyətinə və qıtlığına səbəb olan yağıntı rejiminin dəyişməsi ilə əlaqədardır. İqlim dəyişikliyi və onun bütün ətraf mühitə təsiri gündən-günə artaraq qlobal ictimaiyyəti narahat edir. Ölkəmiz də qlobal iqlim dəyişikliyinin təsirlərindən kənarda qalmayıb”.
Ramiq Quliyev bildirib ki, Bakıda keçirilən COP29 zamanı səhiyyə ilə bağlı 15-dən çox mühüm paralel tədbir keçirilib:
“Vahid Sağlamlıq” yanaşması müzakirələri kimi tədbirlər daxil olmaqla, əsas nailiyyətlərdən biri də o oldu ki, Azərbaycan Sədrliyi COP29-da ilk dəfə olaraq hərtərəfli “İnsan İnkişafı Günü”nü elan etdi. Həmçinin, “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü” irəli sürülüb. Bu, xüsusilə uşaqlar və gənclərə diqqət yetirməklə təhsil, səhiyyə, sosial müdafiə, bacarıqlar və məşğulluq arasında sektorlararası sinerji və tamamlayıcılığı təmin etməyə yönəlmiş ilk COP sədrliyi təşəbbüsüdür”.
Nazirlik rəsmisi deyib ki, Azərbaycan hazırda iqlim dəyişikliyinin sağlamlığa təsirlərini aradan qaldırmaq üçün tədbirlər həyata keçirir: