Azərbaycan ICPEN-in Məsləhət Qrupuna üzv seçilib

Azərbaycan ICPEN-in Məsləhət Qrupuna üzv seçilib

Azərbaycan İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (International Consumer Protection and Enforcement Network – ICPEN) 2026-2027-ci illər üzrə Məsləhət Qrupuna üzv seçilib.

Məlumata görə, bu təmsilçilik Azərbaycanın ICPEN-ə üzv ölkələrlə müvafiq sahədə əməkdaşlığının gücləndirilməsinə, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və effektiv tətbiqi istiqamətində aparılan işlərə töhfə verəcək.

Ölkəmiz 2006-cı ildən ICPEN-in üzvüdür və təşkilatda Dövlət Agentliyi vasitəsilə təmsil olunur.

Report.