Azərbaycan gömrüyü “gül kələmi” yükündə 90 kq-dan çox narkotik vasitə aşkar edib

Azərbaycan gömrüyü “gül kələmi” yükündə 90 kq-dan çox narkotik vasitə aşkar edib

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Məlumata əsasən, “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə gül kələmi” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib.

Report.