Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin inkişaf dinamikası, biznes tərəfdaşlığının şaxələndirilməsi məsələləri müzakirə olunub.
Məlumata görə, nazir Mikayıl Cabbarov Çinin alüminium və metallurgiya texnologiyaları sahəsində fəaliyyət göstərən “Xinjiang Joinworld Co., Ltd.” şirkətinin baş direktorunun müavini Ma Bin ilə görüşüb. Görüşdə Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin inkişaf dinamikası, biznes tərəfdaşlığının şaxələndirilməsi və sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları qeyd olunub.
Report.