Azərbaycan buğda idxalına çəkdiyi xərci 19 %-ə yaxın artırıb

Azərbaycan buğda idxalına çəkdiyi xərci 19 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr Azərbaycan 224 milyon 30 min ABŞ dolları dəyərində 1 milyon 44 min 835,35 ton buğda idxal edib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 35,4 milyon ABŞ dolları və yaxud 18,8 %, həcmi isə 166,1 min ton və yaxud 18,9 % artıb.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,6 %-ni təşkil edib.

9 ayda Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.

Report.