Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 653 milyon 130 min ABŞ dolları olub.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 766 milyon 841 min ABŞ dolları (4,1 dəfə) çoxdur.
Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 16 dəfə artaraq 3 milyard 476 milyon 38 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 73,5 % azalaraq 177 milyon 93 min ABŞ dolları olub.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 12,5 %-i qədər olub. O cümlədən, bu ölkəyə ixrac ümumi ixracın 17,9 %-ni, Böyük Britaniyadan idxal isə ümumi idxalın 1,7 %-ni təşkil edib.
Report.