Azərbaycan BMT-də regional sülh mesajı verdi

Azərbaycan BMT-də regional sülh mesajı verdi

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak və çıxış edib.

Bu barədə XİN məlumat yayıb.

Çıxışı zamanı nazir Azərbaycanın Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə sadiqliyini vurğulayıb.

Nazir, həmçinin, İƏT və onun Cammu və Kəşmir üzrə Kontakt Qrupunun məsələyə dair davamlı və fəal mövqeyinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb, daha geniş beynəlxalq ictimaiyyətin də məsələnin beynəlxalq gündəmdə saxlanılmasına töhfə verməsinin vacibliyini qeyd edib.

Cammu və Kəşmir məsələsinin tezliklə ədalətli və sülh yolu ilə həllinin Cənubi Asiyada uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcəyi vurğulanıb.

Nazir Azərbaycanın regionda atəşkəs rejiminin qorunub saxlanılmasının Hindistan ilə Pakistan arasında münasibətlərin normallaşdırılması yolu ilə regional sülh və sabitliyə zəmin yaradacağına ümid etdiyini bildirib.

Qafqazinfo.