Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC təqribən 4 300 layihəyə 223 milyon manat güzəştli kredit ayırıb.
Bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.
Bundan başqa, o xatırladıb ki, 8 ayda Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviq sənədi verilib: “Həmin layihələr üzrə 9,13 milyard manat investisiya və təxminən 47 min iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda 17 strateji istiqaməti əhatə edən bu mexanizmin müddəti 2029-cu ilə qədər uzadılıb”.
Report.