Azərbaycan Belarusa albalı və gilas tədarükünü kəskin artırıb

Bu ilin I yarısında Azərbaycan 22,2 milyon ABŞ dolları dəyərində 13 min 962 ton albalı və gilas ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % çox, kəmiyyət olaraq – 14 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 22,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çox) 13 min 835 ton (-14 %), Qazaxıstana 111,5 min ABŞ dolları dəyərində (+88 %) 107,6 ton (+46 %) və Belarusa 15,38 min ABŞ dolları dəyərində (-49 %) 19,2 ton (+4 dəfə) məhsul satıb.

Report.