Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 31 % azaldıb

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 31 % azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 807 milyon 429 min ABŞ dolları dəyərində 41 min 105 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 31,05 % və 35,17 % azdır.

Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 40,3 % artaraq 428 ədəd (63,709 milyon ABŞ dolları dəyərində), əsasən adam daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 37,7 % azalaraq 36 169 ədəd (660,018 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 3 837-i (80,899 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 6 684-ü (192,789 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 596-sı (15,475 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 63,1 %, ikincinin 65,8 %, üçüncünün isə 49,5 % azalması deməkdir.

Report.