Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib

Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib

Azərbaycan Avtomobil Federasiyası (AAF) qurumun adından saxta elektron məktublar göndərilməsinə dair xəbərdarlıq edib. 

Qurumdan verilən məlumatda bildirilib ki, kiberdələduzluq nəticəsində Federasiyanın [email protected] elektron poçt ünvanından müxtəlif şəxslərə guya xeyriyyə məqsədilə ianələr toplanılmasına dair məktublar göndərilib. 

Azərbaycan Avtomobil Federasiyası bu məzmunda məktubların federasiya ilə bağlı olmadığını bildirib və vətəndaşları belə dələduzluq hallarına qarşı diqqətli olmağa çağırıb. 

Qafqazinfo.