Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 165,25 milyon ABŞ dolları dəyərində 46,7 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulların dəyəri 46,7 milyon ABŞ dolları (39,4 %), həcmi isə 5 min ton (11,9 %) artıb.
Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların qeyri-neft sektoru üzrə ixracda payı 2,7 %, ölkənin ümumi ixracında payı isə 0,8 % olub.
Report.