Bu ilin yanvar-iyul aylarında Azərbaycan 50,1 min ton alma ixrac edib.
Bu həcmdə almanın dəyəri 40,95 milyon ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 4,3 min ton (7,8 %) az, dəyər baxımından 2,7 milyon dollar (7 %) çoxdur.
Hesabat dövründə alma ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Report.