Bu ilin yanvar-iyul aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 521 milyon 603 min ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % azdır.
Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracının dəyəri 52,5 % artaraq 64 milyon 351,51 min ABŞ dolları, idxalının dəyəri isə 36,3 % azalaraq 457 milyon 252,33 min ABŞ dolları olub.
Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 1,7 %-i qədər olub. O cümlədən, ixrac ümumi ixracın 0,3 %-ni, ABŞ-dən idxal isə ümumi idxalın 4,6 %-ni təşkil edib.
Report.