Bu ilin yanvar-iyul aylarında Azərbaycan 77,4 min ton kartof ixrac edib.
Bu həcmdə kartofun dəyəri 29,7 milyon ABŞ dolları təşkil edib.
Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımıdan 6,6 min ton (9,2 %), dəyər baxımından isə 1,6 milyon ABŞ dolları (5,5 %) çoxdur.
Hesabat dövründə kartof ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Report.