Azər Əmiraslanov: “Rəqabət mühitinin qorunmasının konstitusion təminatı var”

Azər Əmiraslanov: “Rəqabət mühitinin qorunmasının konstitusion təminatı var”

Azərbaycanda rəqabət öz-özlüyündə bir məqsəd deyil, o hazırkı mərhələdə yeni iqtisadi quruculuğun ən təsirli vasitələrindən biridir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.

Onun sözlərinə görə, rəqabət və rəqabətə davamlılıq bir tərəfdən ölkənin iqtisadi strategiyasının əsas hərəkətvericisidir, digər tərəfdən də iqtisadi inkişaf modelinin sistem xarakterli ayrılmaz tərkib hissəsidir: “Konstitusiyamızda qeyd edilir ki, dövlət haqsız rəqabətə yol vermir. Bu o deməkdir ki, rəqabət mühitinin qorunmasının konstitusion təminatı var”.

Report.