Avropa ölkəsi lideri ilk dəfə təyyarə ilə birbaş Qarabağa gəldi – FOTOLAR

Avropa ölkəsi lideri ilk dəfə təyyarə ilə birbaş Qarabağa gəldi – FOTOLAR

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Slovakiya Prezidenti Peter Pelleqrinini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar.

Qeyd edək ki, bu, Macarıstanın sabiq lideri Orbandan sonra Azərbaycanın azad edilmiş ərazilərinə Avropa ölkəsi liderinin ilk səfəridir.