Avropa İttifaqı Şurasının rəhbəri və bir sıra ölkələrin liderləri Kiyevdə səfərdədirlər

Avropa İttifaqı Şurasının rəhbəri və bir sıra ölkələrin liderləri Kiyevdə səfərdədirlər

Estoniya, Lüksemburq və Moldovanın dövlət və hökumət başçıları, həmçinin Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Ukraynanın Müstəqillik Günü münasibətilə Kiyevə səfər ediblər.

Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkələrdə məlumat verib.

“Bu gün səhər Ukraynanın müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd etmək üçün bizə qoşulan müttəfiqlərimizi Kiyev vağzalında qarşıladıq”, – o qeyd edib.

Report.