Avqust pensiyaları ödənildi

Avqust pensiyaları ödənildi

Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası üzrə də bu ayın pensiya ödənişi yekunlaşıb.

Qeyd edilib ki, həmçinin digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin avqust ayı üzrə pensiyaları bu ay qrafik üzrə ödəniləcək.

Qafqazinfo.