“Atəşgah” Sığortadan “Yapon Ayı” “Kasko” kampaniyası

“Atəşgah” Sığortadan “Yapon Ayı” “Kasko” kampaniyası

“Atəşgah” Sığorta Şirkəti Yapon avtomobil markalarının sahibləri üçün “Yapon Ayı” “Kasko” kampaniyasına start verir.

1-30 sentyabr 2026-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində müştərilər “Kasko” sığortasını 1.99% xüsusi tariflə əldə edə bilərlər.

Kampaniya Toyota, Lexus, Nissan, Honda, Mitsubishi, Subaru, Suzuki, Mazda və Infiniti markalı avtomobillərə şamil olunur.

İstehsal ili 2012 və daha yeni olan, şəxsi istifadə üçün nəzərdə tutulmuş minik avtomobilləri kampaniyadan yararlana bilər.

“Yapon Ayı” çərçivəsində müştərilərə “Kasko” təminatı ilə yanaşı hadisə yerindən evakuator xidməti, 5 000 AZN məbləğində Fərdi Qəza Sığortası və sığorta haqqını maksimum 10 hissəyə bölərək ödəmək imkanı təqdim olunur.

Bundan əlavə, dəyəri 30 000 AZN-dən yuxarı olan avtomobillər üzrə sığorta haqqı birdəfəlik ödənildikdə 50 AZN dəyərində yanacaq kartı hədiyyə edilir.

Ətraflı məlumat üçün 940 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Qafqazinfo.