Arxangelsk vilayətində yol qəzasında ölənlərin sayı 14-ə çatıb

Arxangelsk vilayətində yol qəzasında ölənlərin sayı 14-ə çatıb

Rusiya Federasiyasının (RF) Arxangelsk vilayətində baş vermiş yol-nəqliyyat hadisəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Bu barədə Pomoryenin səhiyyə naziri Dmitri Boqdanov bildirib.

“Reanimatoloqların bütün səylərinə baxmayaraq, pasiyenti xilas etmək mümkün olmadı”, – region hökumətinin “Telegram” kanalında onun sözləri sitat gətirilir.

Şimali Arktika Federal Universitetinin 22 yaşlı tələbəsi Viktoriya Dunayeva vəfat edib.

Report.