Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Araz Supermarket” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Bu barədə “Report”a Agentlikdən bildirilib.
Məlumata əsasən, Agentliyin İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələrinin apardığı yoxlamalar zamanı marketdə qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.
Bununla da “Araz Supermarket” “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.
Report.