Ukraynanın istehsalçı şirkətlərdən birinə məxsus dondurulmuş mal əti məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxalla bağlı qoyduğu müvəqqəti məhdudiyyəti aradan qaldırıb.
Bu barədə AQTA məlumat yayıb.
AQTA-nın bildirişi əsasında, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb.
Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizootoloji monitorinqlərlə bağlı Agentliyə ətraflı məlumat verilib.
Report.