Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) heyvan kəsimi məntəqələrində növbəti monitorinqlər aparıb.
Bu barədə AQTA məlumat yayıb.
Agentliyin Bakı Regional Bölməsinin sektor müdiri Ülviyyə Cəlilova bildirib ki, monitorinqlər zamanı bəzi kəsim məntəqələrində qida təhlükəsizliyi və baytarlıq nəzarəti sahəsində qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Report.