“Appcharge” Azərbaycanda vergi uçotuna alınıb

“Appcharge” Azərbaycanda vergi uçotuna alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaratdığı elektron qeydiyyat sistemi vasitəsilə daha bir xarici rəqəmsal xidmət təchizatçısını vergi uçotuna alıb.

Məlumata görə, bu, İsrailin “Appcharge Ltd.” şirkətidir. Onun ƏDV məqsədləri üçün qeydiyyatı noyabrın 1-dən qüvvəyə minib.

Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına edilən ödənişlər üzrə ƏDV-ni banklar tutmur. Bu şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.

Report.